Baş xəbərDünya

Ekvador Prezidenti ölkədəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdı

Ekvador Prezidenti Daniel Noboa quldur dəstələrinə qarşı tədbirlər hazırlamaq üçün ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Bugun.tv xəbər verir ki, bu barədə dövlət başçısı X (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.

“İctimai və Dövlət Təhlükəsizliyi Şurası yenicə çağırılıb. Biz terrorçu qrupların ölkədə asayişi pozmasına imkan verməyəcəyik”, – deyə Daniel Noboa bildirib.

Qeyd edək ki, Ekvadorda son illər cinayətlərin sayı kəskin artıb. Bir qədər əvvəl ölkədə silahlı şəxslər “TC Television” telekanalına soxularaq canlı yayımda olan aparıcıları girov götürmüşdülər.

Bugün TV

Oxşar xəbərlər

ABŞ-ın İranı iqtisadi təcrid etmək təhdidi Türkiyəni çətin seçim qarşısında qoyur

Aynur Camal

Çin prezidenti Si Cinpin ŞƏT sammitində iştirak edəcək

Aynur Camal

ABŞ-İran müharibəsi Qətərin qaz ixracını ağır vəziyyətə saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu