Baş xəbərDünya

Ekvadorda telekanala hücumda girov götürülənlərin çoxu azad edildi

Ekvador hüquq-mühafizə orqanları “TC Television” telekanalının studiyasında quldurlar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının nümayəndəsi Roberto İsurieta Kanova məlumat verib.

“Əldə etdiyimiz məlumata əsasən, girovların böyük əksəriyyəti artıq buraxılıb. Hesabatları gözləyirik. Bizim birinci vəzifəmiz hələ də girovluqda olan əməkdaşların həyatını qorumaqdır”, – deyə o qeyd edib.

Hakimiyyət azad edilən və girovluqda olanların sayı barədə dəqiq məlumat verməyib. Quldurların zərərsizləşdirilməsi əməliyyatı davam edir. Hücum edənlərdən bir neçəsi saxlanılıb.

 

01:04

 

Silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaq canlı yayımda olan aparıcıları girov götürüblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Canlı yayımdan görüntülərdə altı maskalı şəxsin yerdə uzanmış telekanalın əməkdaşlarına silah tuşladığı görünür.

Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. Bazar ertəsi ölkə prezidenti Daniel Noboa həbsxanalarda asayişi bərpa etmək üçün fövqəladə vəziyyət və komendant saatı elan edib. Bundan əvvəl bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub.

Bugün TV

Oxşar xəbərlər

Rusiyada Wildberries-in logistika mərkəzinə PUA hücumu: böyük yanğın baş verdi

Aynur Camal

Kanada ABŞ-a “dollar-for-dollar” cavab verdi: yüzlərlə məhsula yeni tariflər

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu