Əlcəzair, qanunsuz silah, terrorizm, silah qaçaqmalçılığı, Afrika İttifaqı, təhlükəsizlik, Afrika, beynəlxalq xəbərlər
Dünya

Əlcəzairdə qanunsuz silah dövriyyəsi ilə terrorizm arasındakı əlaqə müzakirə edildi

Bugun.tv xəbər verir ki, Əlcəzairdə Afrika üzrə qanunsuz silahların dövriyyəsinin qarşısının alınmasına həsr olunmuş tədbirdə silah qaçaqmalçılığı ilə terrorizm arasındakı əlaqələr müzakirə olunub.

Əlcəzair Mətbuat Xidmətinin məlumatına əsasən, Aljir şəhərində keçirilən “Africa Amnesty Month” tədbiri çərçivəsində əsas diqqət qanunsuz odlu silahların və digər yüngül silahların dövriyyəsinin qarşısının alınmasına yönəlib.

Tədbirdə çıxış edən mütəxəssislər bildiriblər ki, qanunsuz silahların terror qruplaşmaları və digər cinayətkar şəbəkələrin əlinə keçməsi Afrikanın bir sıra bölgələrində təhlükəsizliyə ciddi təhdid yaradır. Silahların qanunsuz dövriyyəsinin qarşısının alınması üçün dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbir Afrika İttifaqının qanunsuz silahların təhvil verilməsi və toplanmasına yönəlmiş təşəbbüsləri çərçivəsində keçirilir. Məqsəd silahlı münaqişələrin, terrorçuluğun və təşkilatlanmış cinayətkarlığın maliyyələşdirilməsində istifadə olunan qanunsuz silah axınının azaldılmasıdır.

Müzakirələrdə həmçinin regional səviyyədə məlumat mübadiləsinin və sərhəd nəzarətinin gücləndirilməsi məsələləri gündəmə gətirilib.

Mənbə:  APSnews

Aynur Camal

Oxşar xəbərlər

Payız geyimlərini daha bahalı göstərən 3 faktura

Aynur Camal

Polşa Rusiya dronlarına görə havada keçirdiyi hərbi əməliyyatı dayandırdı

Aynur Camal

100 yaşdan yuxarı insanların sayı ilk dəfə 100 mini keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu