Baş xəbərHadisə

Elektrik avtomobilinin akkumulyatorunda törəyən yanğın 5 maşını külə döndərdi

Bugun.tv xəbər verir ki, Avstraliyanın Sidney hava limanının dayanacağında elektriklə işləyən avtomobilin litium-ion akkumulyatorunun alışması nəticəsində baş verən yanğında 5 avtomobil yararsız hala düşüb.

ABC News-un məlumatına görə, Sidney hava limanının dayanacağında baş verdiyi bildirilən yanğına Yeni Cənubi Uels (NWS) əyalətinin xilasetmə qrupları müdaxilə edib.

Yanğının dayanacaqda lüks avtomobildəki litium-ion batareyasının alışması nəticəsində baş verdiyi müəyyən edilib.

Akkumulyatordan çıxan qığılcımların daha sonra yaxınlıqda park edilmiş 4 avtomobilə keçdiyini bildirilir.

Yanğına səbəb olan akkumulyatorun avtomobildən hansı səbəbdən çıxarıldığı hələlik məlum deyil.

Bugün TV

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Dörd nəfəri bıçaqlayan qadın həbs edildi

Aynur Camal

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu