Dünya

Əli Xamenei üçün Tehranda dövlət mərasimi keçirilir

Bugun.tv xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücum zamanı həyatını itirdiyi bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Əli Xamenei üçün paytaxt Tehranda dövlət mərasimi keçirilir.

Mərasim Tehrandakı İmam Xomeyni Musalla Məscidində təşkil olunub. Tədbirdə İran rəsmiləri və minlərlə vətəndaşla yanaşı, müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri də iştirak edirlər.

Dövlət mərasimi Qurani-Kərim tilavəti və ehtiram nümayişi ilə başlayıb.

Mərasimdə Türkiyəni ölkənin vitse-prezidenti Cevdet Yılmaz təmsil edir.

Gün ərzində davam edəcək dövlət mərasiminə 100-ə yaxın ölkədən hökumət və parlament rəhbərlərinin, xarici işlər nazirlərinin və xüsusi nümayəndələrin qatılması gözlənilir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: İsrail Qəzzaya hücum etməməlidir

Aynur Camal

Su anbarını 96 milyon qara top ilə örtməklə quraqlığa son qoyuldu

Aynur Camal

Rusiya Ukraynanın 2026-cı ildəki ən böyük PUA hücumunda azı 7 nəfərin öldüyünü açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu