Dünya

Rusiyanın Novorossiysk şəhərində benzin qıtlığı yarandı

Bugun.tv xəbər verir ki, Rusiyanın Novorossiysk şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində benzinin tükəndiyi və yanacaq satışının dayandırıldığı bildirilib.

Novorossiysk Şəhər Administrasiyasının yaydığı məlumata görə, şəhərdəki yanacaqdoldurma məntəqələrində benzin ehtiyatı qalmayıb. Dizel yanacağı isə yalnız 8 məntəqədə məhdud miqdarda mövcuddur.

Açıqlamada qeyd olunub ki, hazırda nəqliyyat vasitələrinə yalnız yanacaq kartı vasitəsilə yanacaq verilir. Bu imkandan isə yalnız şirkətlərə məxsus avtomobillər istifadə edə bilir.

Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına həyata keçirdiyi hücumlar nəticəsində ölkədə bir sıra müəssisələr texniki baxım üçün fəaliyyətini dayandırıb. Bu səbəbdən Rusiya hökuməti yanacaq bazarında sabitliyi qorumaq məqsədilə vaxtaşırı yanacaq satışı və ixracına məhdudiyyətlər tətbiq edir.

Bundan başqa, Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: İsrail Qəzzaya hücum etməməlidir

Aynur Camal

Su anbarını 96 milyon qara top ilə örtməklə quraqlığa son qoyuldu

Aynur Camal

Rusiya Ukraynanın 2026-cı ildəki ən böyük PUA hücumunda azı 7 nəfərin öldüyünü açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu