Baş xəbərSosial

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi sosial televiziya verilişi gerçəkləşdirib

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Dünya TV televiziyasında sosial televiziya verilişi gerçəkləşdirilib. Tədbirdə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin üzvləri, layihə əməkfaşları ilə yanaşı, dövlət qurumlarının əməkdaşları da iştirak ediblər.

Sosial tv layihəsi
Aparıcı Elnarə Dərziyeva

Telejurnalist Elnarə Dərziyevanın aparıcısı olduğu proqramda cəmiyyət sədri Məhluqə Rəhimova çıxış edərək layihə və onun icrası ilə bağlı ətraflı məlumat verib.

sosial layihə
“Əlil Qadınlar Cəmiyyəti” İB-nin sədri Məhluqə Rəhimova

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reablitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva reabilitasiya mərkəzlərində əlilliyi olan qadınlara göstərilən xidmətlərdən danışıb və sözügedən xidmətlərin daha əlçatan, davamlı və effektiv olması istiqamətində gerçəkləşdirilən layihələrdən bəhs edib.

sosial layihə
Sumqayıt Reablitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva

Canlı yayımlanan 1 saatlıq veriliş boyunca televiziyanın qaynar xəttinə əlilliyi olan qadınlar və qızlar, onların yaxınları tərəfindən zənglər daxil olub. Onlar dövlət xidmətlərinə çıxışları ilə bağlı qonaqlara müxtəlif mövzularda suallar ünvanlayıblar. Məişət zorakılığı ilə əlaqəli zəngləri Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Kəmalə Ələkbərova, özünməşğulluqla bağlı olan sualları isə Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq Filialının İşsiz Şəxslərlə İş şöbəsinin müdiri Zaur Allahverdiyev cavablandırıb.

Tv layihə
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq Filialının İşsiz Şəxslərlə İş şöbəsinin müdiri Zaur Allahverdiyev

TƏBİB-in Həssas Əhali Qrupları ilə İş departamentinin Əlillik Məsələləri üzrə İş şöbəsinin böyük məsləhətçisi Göyçək Mürsəlova qaynar xəttə çıxan göz əlilliyi olan diabetli xəstənin icbari tibbi sığortadan yararlanmaq istəyi ilə bağlı ətraflı məlumat verib. Əlilliyi olan bütün şəxslərə eyni qaydada xidmət göstərilməsindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.

Əliliyi olan qadınların və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi layihəsi üzrə seminarların təlimçisi, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə və layihə çərçivısində etika üzrə təlimçi, Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxış ediblər. Onlar Bakı, Gəncə şəhərləri, Quba-Qusar-Xaçmaz bölgəsində həyata keçirdikləri təlimlərin mahiyyətinin önəminə diqqət çəkiblər. Onlar əlilliyi olan qadın və qızların, eyni zamanda, dövlət qurumlarının əməkdaşlarının bu təlimlərdən yararlanması və aldığı bilkilərin tətbiqi nəticəsində sözügedən sahədə geniş maarifləndirmə işlərinin aparıldığını bildirdilər.

sosial layihə
Layihənin təlimçiləri İradə Rizazadə və Günel İbrahim

Televiziya verilişində Əlilliyi olan qadınların və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi layihəsində dəyrimi masaların fasilitatoru Firuzə Babayeva ilə “Əlil Qadınlar Cəmiyyəti”nin Quba-Qusar-Xaçmaz rayonları üzrə sədri, layihənin bölgə üzrə koordinatoru Nəhayət Şirinovanın da çıxışları dinlənilib. Onlar layihə çərçivəsində qarşıdakı aylarda görüləcək işlərdən danışıblar.

Sonda “Əlil Qadınlar Cəmiyyətinin” sədri Məhluqə Rəhimova son olaraq layihənin önəmini bir daha vurğulayıb. Bu sosial televiziya layihəsinin yayımına şərait yaratdığına görə Dünya TV Televiziyasının heyətinə və rəhbərliyinə və dəvəti qəbul edib gələn dövlət qurumlarının əməkdaşlarına təşəkkürünü bildirib.

Sosial layihə
Televiziya layihəsinin iştirakçıları

QEYD: “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı və BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə icra olunan “Bakı, Gəncə şəhərləri və Quba-Qusar, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların dövlət və ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Apple Vision Pro-nun kütləvi istehsalına başlayır

Teymur Əziz

Atatürklə bağlı video paylaşan şübhəli həbs edildi

İntizar Əmirova

Qanunsuz ov edən şəxs saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu