25 C
Baku
27 İyul 2024, 4:09
Baş xəbərSosial

Əlilliyi olan qadınlar və qızlarla davranış qaydalarına dair təlim təşkil olunub

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarına təlim keçilib.

Peşəkar təlimçi, Etika Akademiyasının təsisçisi və direktoru Günel İbrahim, dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların da  iştirakı etdiyi təlimdə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibətin dəyişməsi, zorakılıq hallarının qarşısının alınması, dövlət qurumlarında müyəssərliyinin və xidmət keyfiyyətinin yaxşılaşdırılması məsələlərinə diqqət çəkib.

Əlilliyi olan qadınlarla bağlı təlim
Əlilliyi olan qadınlarla bağlı təlim

Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı məlumat verib. “Əlilliyi olan insanlarla birbaşa ünsiyyətdə olan, davamlı şəkildə sosial sahədə fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçilərinə və xidmət personalına  əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət qaydalarına dair təlim təşkil edib”.

Bundan başqa G.İbrahim koordinasiya şurasının üzvlərinə praktiki təlimat keçib. Əlilliyi olan qadınlar və ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılıb.

Təlimçi 30 nəfərin iştirak etdiyi tədbirdə, ümumilikdə, aşağıdakı sahələr üzrə geniş təlim keçib:

  • Birgə yaşamaq mədəniyyəti ;
  • Etik davranıış qaydaları;
  • Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;
  • İctimaiyyətin vəzifəsi
  • Beyin alimlərinin ixtiraları əsasında davranış kodları.
  • Emosional zəka meyyarları
  • Xüsusi bədən dili. 
  • İş mühitində qeyri verbal göndərmələr xəritəsi.
  • Nitq Formulaları : Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi.
  • Narazılıqları sürətli  dəf etmə texnikası
  • Neyro Estetika- beyin məşqləri. Stresədavamlılıq.

 Qeyd edək ki, Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edən layihə 2025-ci ilin avqust ayınadək (cəmi 36 ay) davam edəcək.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

17 iyul – Emoji Günü

Aynur Camal

Mühacirlərin sığınacaq istəməsinə qadağa qoyulacaq

Aynur Camal

Media işçilərinə müddətsiz sənəd veriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu