27 C
Baku
27 İyul 2024, 8:04
Baş xəbərSosial

Əlilliyi olan qadınların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması məsədi ilə dəyimi masa keçirilib

Bugun.tv xəbər verir ki, Gəncə şəhərində BMT-nin Etimad Fondunun maliyyələşdirdiyi “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsi çərçivəsində ikinci dəyirmi masa keçirilib.

QHT sədri Məhluqə Qaramanlı
QHT sədri Məhluqə Qaramanlı

Qeyd edək ki, bu layihə qadınlara qarşı zorakılığa son qoymaq üçün “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən təşkil olunur. Bu barədə QHT rəhbəri Məhluqə Qaramanlı məlumat verib. O, bildirib ki, dəyirmi masanın davamlı şəkildə həyata keçirilməsində məqsəd, ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibətin dəyişdirilməsi üçün dövlət xidmətlərinin əl çatanlığının və keyfiyyətinin yüksəldilməsidir. “Bununla yanaşı, sözügedən tədbirləri özündə əks etdirən yerli fəaliyyət planlarının hazırlanması, habelə, ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara qarşı ımünasibətin dəyişdirilməsinə və neqativ halların  qarşısının alınmasına köməklik göstərməkdir. Bu gün dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların iştirakı ilə keçirilən dəyirmi masada maraqlı müzakirələr oldu”, – deyə, o, bildirib.

Dəyirmi masada çıxış edən “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova layihənin fəaliyyəti, görülən işlərin nəticələri və birinci dəyirmi masadan sonra həllini tapmış məsələlər barədə iştirakçılara geniş məlumat verib. Dövlət qurumları əməkdaşlarından yaradılan Koordinasiya Şurasının fəaliyyətinin müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Üzvlərin vəzifələri bir daha müzakirə edilib.

Koordinasiya Şurasının üzvləri
Koordinasiya Şurasının üzvləri

Layihənin əsas benefisiarları olan sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadəsinin asanlaşdırılması üçün Koordinasiya Şurasının məqsədinin müəyyən edilməsi, əlaqələndirilməsi və birgə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı dəyirmi masa iştirakçılarına bir daha məlumat verilib.

M.Qaramanlının sözlərinə görə, əlilliyi olan qadınlar və qızlar öz hüquqlarından az xəbərdardırlar. “Bu səbəbdən də, üzləşdikləri problemləri həll edə bilmirlər. Layihəmizin əsasını onların özlərini inkişaf etdirmələri üçün dəstək sistemi təşkil edir. Əsas məqsəd aztəminatlı ailələrdən olan bu şəxslər üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərdə sağlamlıq imkanları məhdud qadın və qızların üzləşdiyi problemlərin öyrənilməsi və təhlili, onların həlli yollarının tapılması və həlli, qarşılaşdıqları subyektiv səbəblərin aradan qaldırılması məqsədilə tədris xəttinin ardıcıl şəkildə aparılması təmin edilir və bunun ictimailəşdirilməsi təşkil olunur. Bu məqsədlə də, cəmiyyət hazırda 50-yə yaxın media qurumu ilə sıx əməkdaşlıq edir. Bu kateqoriyadan olan insanların cəmiyyətdə qarşılaşdıqları problemlərin həllində kütləvi informasiya vasitələrinin rolu böyükdür. Layihənin əsas istiqamətlərindən biri də sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif növ əlilliyi olan və ünsiyyətdə çətinlik çəkən qadın və qızlarla peşəkar etik ünsiyyət, o cümlədən kommunikativ bacarıqların öyrədilməsidir”, – QHT sədri əlavə edib.

Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərlərini və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir. 2022-ci ilin sentyabr – 2025-ci ilin avqust ayları (36 ay) ərzində həyata keçiriləcək.

İntizar Əmirova

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə xalqı təbrik etdi 

Nigar Məmmədova

Myanma sakinləri Mocha siklonunun dəhşətini təsvir etdilər

Aynur Camal

Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu