Digər

ƏMAS-da yeni funksionallıq: yalnız əmək müqaviləsini deyil, digər sənədləri də e-qaydada imzalamaq olar

Bugun.tv– xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılıb.

Artıq işəgötürənlər əmək münasibətləri çərçivəsində yalnız əmək müqaviləsini deyil, həmçinin digər hüquqi sənədləri də sistem üzərindən rəqəmsal qaydada imzalaya biləcəklər.

Bu yenilik Əmək Məcəlləsinin 200-cü maddəsinə əsaslanır. Həmin maddəyə görə işəgötürən iş prosesində ona etibar edilən əmlak və digər maddi sərvətlərlə bağlı məsuliyyət daşıyan, bu sərvətlərin saxlanması, emalı, satışı, daşınması və istifadəsi kimi əməliyyatlarda iştirak edən 18 yaşına çatmış işçilərlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər.

Yeni funksionallıq sayəsində bu kimi sənədlərin (tam maddi məsuliyyət müqaviləsinin, informasiya texnologiyaları üzrə təhlükəsizlik müqaviləsinin, öhdəlik müqaviləsinin və digər əlavə sənədlərin) elektron imzalanması mümkündür.

Bu dəyişiklik işəgötürən və işçi arasında sənəd dövriyyəsini asanlaşdırmaqla yanaşı, əmək münasibətlərində rəqəmsallaşmanın daha da genişlənməsinə, şəffaflıq və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edir.

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu