Dünya

Enerji içkisi, saç yağı və oyuncaqlara diqqət!

Enerji içkisi saç yağı və oyuncaq: alimlər nadir lakin təhlükəli allergiya hallarına diqqət çəkirlər

Bugun.tv xəbər verir ki, ABŞ-də keçirilən allergiya və immunologiya üzrə elmi toplantıda gündəlik həyatda gözlənilməyən məhsulların ağır allergik reaksiyalara səbəb olduğu nadir tibbi hallar təqdim edilib. Bu barədə İspaniyanın “EL PAÍS” nəşri məlumat yayıb.

Təqdim olunan nümunələrdən birində 15 yaşlı yeniyetmə enerji içkisindən bir qurtum içdikdən sonra bədənində səpkilər yaranıb və nəfəs almaqda çətinlik çəkib. Araşdırma zamanı içkinin tərkibində balıq mənşəli treska kollageninin olduğu müəyyən edilib. Yeniyetmənin həmin maddəyə allergiyası olduğu üçün təcili tibbi müdaxiləyə ehtiyac yaranıb.

Digər hadisədə 10 yaşlı qız saçına gənəgərçək yağı çəkdikdən sonra ağır reaksiya verib. Mütəxəssislər məhsulun əvvəl istifadə edilən yağdan fərqli üsulla hazırlanmasına diqqət çəkiblər.

Daha bir halda isə lateksə həssaslığı olan 11 yaşlı uşaq yumşaq, sıxılaraq forması dəyişən oyuncaqla təmasdan sonra allergik reaksiya keçirib.

Həkimlər vurğulayırlar ki, bu hallar olduqca nadirdir və bütün allergiyalı uşaqların belə təhlükə ilə üzləşəcəyi anlamına gəlmir. Bununla belə, məhsulların tərkibinin düzgün göstərilməsi və allergenlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Mənbə: english.elpais.com

Aynur Camal

Oxşar xəbərlər

23 il samanlıqda qalan köhnə kompüterlər sahibinə sərvət qazandırdı

Aynur Camal

Rusiya Finlandiyanın NATO-dan çıxmasını tələb edib? – Abu-Dabi danışıqlarından yeni iddia

Aynur Camal

Hörmüz boğazında maye qaz daşıyan tanker minaya düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu