Bugun.tv xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransında (COP31) dünya liderləri və nümayəndə heyətləri qlobal istiləşmə ilə mübarizə yollarını müzakirə etmək üçün bir araya gəliblər.
Associated Press (AP) agentliyinin məlumatına görə, noyabrın 11-də sammit çərçivəsində əsas müzakirələrin başlanması gözlənilir. Görüşlərdə son bir ildə dünyada baş verən dağıdıcı daşqınlar, istilik dalğaları, meşə yanğınları və digər iqlim fəlakətlərindən sonra konkret tədbirlərin görülməsi məsələsi ön plana çıxıb.
Alimlər qlobal temperatur artımının 2015-ci il Paris İqlim Sazişində müəyyən edilmiş 1,5 dərəcəlik həddi keçə biləcəyi barədə xəbərdarlıq edirlər. Bu səbəbdən ölkələrin əvvəlki öhdəlikləri yerinə yetirməsi və istixana qazlarının azaldılması istiqamətində real addımlar atması əsas gözləntilərdəndir.
Konfransa Türkiyə ev sahibliyi edir, danışıqlara isə Avstraliya rəhbərlik edir. Dünyanın ən böyük çirkləndiricilərindən biri olan ABŞ ardıcıl ikinci ildir ki, sammitdə rəsmi nümayəndə heyəti ilə iştirak etmir.
Mənbə: Associated Press
