Image default
DünyaSiyasət

Ərdoğan və Tramp Ankarada görüşəcək: Gündəmdə müdafiə, Ukrayna və Qəzza məsələləri var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Trampla Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində görüşəcək.

Bugun.tv xəbər verir ki, Prezident Administrasiyasında baş tutacaq görüş zamanı liderlər əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Danışıqlarda Türkiyəyə tətbiq olunan CAATSA sanksiyalarının ləğvi və F-35 proqramı ilə bağlı məsələlərin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Türkiyənin ABŞ-dan almağı planlaşdırdığı F110 döyüş təyyarəsi mühərrikləri ilə bağlı prosesin də gündəmə gətiriləcəyi bildirilir.

Liderlərin NATO çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını da müzakirə edəcəkləri gözlənilir. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bundan əvvəl Türkiyənin müdafiə sənayesində qazandığı uğurların müttəfiq ölkələr üçün nümunə olduğunu bildirmişdi.

Görüşdə Rusiya-Ukrayna müharibəsi də əsas mövzulardan biri olacaq. Tərəflərin münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində mümkün əməkdaşlıq imkanlarını müzakirə edəcəyi gözlənilir.

Ərdoğan və Trampın Qəzza zolağındakı vəziyyəti, atəşkəs prosesi və bölgənin bərpası ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparacaqları bildirilir.

Qeyd edək ki, bu, Donald Trampın ABŞ Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir və görüş NATO Zirvəsinin ən diqqətçəkən ikitərəfli danışıqlarından biri hesab olunur.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Həkim meyvələrdən maksimum faydalanmağın “göy qurşağı qaydası”nı açıqlayıb

Aynur Camal

Rütte: NATO Avropada ABŞ silahlarının istehsalına başlayacaq

Aynur Camal

Makron 17 ildən sonra Suriyaya səfər etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu