Image default
Dünya

Erkən uşaqlıq xatirələrini niyə unuduruq?

Bugun.tv xəbər verir ki, alimlər erkən uşaqlıq dövrünə aid xatirələrin niyə yadda qalmadığını araşdıraraq maraqlı nəticələr əldə ediblər. Tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.

Araşdırma laboratoriya siçanları üzərində aparılıb və beynin yaddaşın formalaşmasına cavabdeh olan hippokamp hissəsinin inkişafı öyrənilib. Məlum olub ki, doğuşdan dərhal sonra bu nahiyədə neyronlar arasında çoxlu sayda əlaqə mövcud olur. Zaman keçdikcə həmin əlaqələrin bir hissəsi aradan qalxır, qalanları isə daha sabit və ixtisaslaşmış formaya düşür.

Tədqiqat müəlliflərinin fikrincə, erkən dövrdə müşahidə olunan bu sıx neyron əlaqələri beynin ətraf mühitdən sürətlə öyrənməsinə kömək etsə də, hadisələrin uzunmüddətli və dəqiq xatirə kimi yadda qalmasını çətinləşdirir.

Alimlər hesab edirlər ki, uşaqlıq xatirələri tamamilə silinmir. Onlar beyində gizli yaddaş izləri kimi qala bilər, lakin insan böyüdükcə həmin xatirələrə şüurlu şəkildə çıxış etmək mümkün olmur.

Mütəxəssislər vurğulayırlar ki, bu nəticələri birbaşa insan beyninə aid etmək olmaz. Bununla belə, son illərdə aparılan digər araşdırmalar da göstərir ki, körpələrin beyni həyatın ilk ilindən etibarən yeni xatirələr formalaşdırmaq qabiliyyətinə malikdir.

Tədqiqatçılar bildirirlər ki, erkən uşaqlıq dövründə yaşanan hadisələr sonradan xatırlanmasa belə, həmin təcrübələr insanın emosional inkişafına, davranışına və beynin formalaşmasına uzunmüddətli təsir göstərməyə davam edir.

Mənbə: izvestiya.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər şəkər əvəzedicilərinin bağırsaq bakteriyalarına təsirini müəyyən ediblər

Aynur Camal

Bitki xəstəliklərini yarpağın şəklinə əsasən müəyyən edən süni intellekt hazırlanıb

Aynur Camal

Rusiya hərbi gəmisi Britaniya yaxtasına xəbərdarlıq atəşi açdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu