2 C
Baku
14 Dekabr 2024, 21:24
Baş xəbər

Ermənistanın giley dolu məktubu

 Bugun.tv xəbər verir ki, Qondarma Artsax Respublikasının xarici işlər naziri David Babayan dekabrın 13-də Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçə Artsaxı Ermənistanla birləşdirən yeganə yolun Azərbaycan tərəfindən bağlanması və bunun nəticəsində yaranan humanitar böhranla əlaqədar giley dolu məktub göndərib.

Ermənistan mətbuatının yazdığına görə, məktubda Azərbaycanın Qarabağda yaşayan 120 minə yaxın insanın, o cümlədən uşaqların, qocaların, əlillərin və qadınların fundamental hüquqlarını kobud şəkildə pozduğu qeyd edilib.

Sənəddə vurğulanır ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının bütün şəxslərin, o cümlədən münaqişə zonasında yaşayanların yaşamaq, sərbəst hərəkət və təhlükəsizliyin qorunmasına zəmanət verən müddəalarına hörmət etmir.

Bu cür şərhlərin ümumilikdə Ermənistanın Azərbaycana qarşı hələ də davam edən ərazi iddialarının göstəricisi olduğunu bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, bu bəyanatların Ermənistanın baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı götürdüyü öhdəliklərə zid olduğunu da xatırladıb.

Laçın yolunu azərbaycanlı etirazçıların deyil, Rusiya sülhməramlılarının bağladığını qeyd edən Hacıyevin sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ölkənin təbii sərvətlərinin qeyri-qanuni istismarını və ixracını dayandırmağa çalışır və digər mülki nəqliyyat vasitələrinin hərəkətinə mane olmurlar.

Aynur Camal

Oxşar xəbərlər

Tərk edilmiş binada yanğın oldu

Bugün TV

Traktor minaya düşdü

Kəmalə Sultan

4 min 854 ədəd sintetik həb ələ keçirildi: 3-ü nəzarətə alındı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu