Dünya

Əsgərlər bir-bir intihar edir!

İsrail əsgərləri yaşadıqları psixoloji problemlərə görə intihar edir. İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada intihar edən əsgərlərin sayının rekord həddə artdığı açıqlanıb. Bəyanatda 2023 və 2024-cü illərdə itkilərin sayının son onilliklərdə yaşanan itkilərdən daha çox olduğu vurğulanıb.

İsrail ordusunda əsgərlər psixoloji problemlərə görə bir-bir intihar edir. İsrail Müdafiə Qüvvələri (IDF) intihar edən əsgərlərin sayında rekord artım olduğunu açıqlayıb.

Açıqlanan məlumatlara görə, 2023-cü ildə Qəzzaya hücumların başladığı 7 oktyabrdan 7-si, 2024-cü ildə isə 21 əsgər olmaqla cəmi 17 əsgər həyatını itirib. Orduda 2022-ci ildə 14, 2021-ci ildə isə 11 intihar hadisəsinin qeydə alındığı qeyd edilib.

Qəzza zolağında və Livanda baş verən qarşıdurmalara görə 2023 və 2024-cü illər son 13 ildə ən çox itkilərin qeydə alındığı dövr olub.

İsrail ordusundan verilən açıqlamada 2023-cü ildə 512-nin əməliyyatlar zamanı olmaqla ümumilikdə 558 əsgərin həlak olduğu bildirilib. 2024-cü ildə ümumilikdə 363 əsgər həlak olub, onlardan 295-i əməliyyatlar zamanı həlak olub.

İDF oktyabrın 7-dən bu yana 891 əsgərin həlak olduğunu, onlardan 37-nin İsrailin şimalındakı hücumlarda, 50-nin isə Livandakı qarşıdurmalarda öldüyünü açıqlayıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu