Dünya

Tesla Trampın otelinin qarşısında partladı: Ölənlər və yaralananlar var

Yanvarın 20-də ABŞ-da prezident kürsüsünə oturmağa hazırlaşan Donald Trampa məxsus Las-Veqasdakı “Trump International Hotel”in qarşısında dayanmış “Tesla Cybertruck” partlayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Las-Veqas Polis Departamentindən Kevin McMahill keçirdiyi mətbuat konfransında avtomobildə olan bir nəfərin öldüyünü açıqladı. Makmahill 7 nəfərin yaralandığını da bildirib.

Avtomobilin əvvəlcə yandığı, sonra isə partlayışın meydana gəldiyi öyrənilib. Yanğının səbəbi məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu