20 C
Baku
24 İyun 2025, 8:33
Mədəniyyət

“Əsrin qəhrəmanı olan Komandan” adlı kitabının təqdimatı oldu

Bugun.tv– xəbər verir ki, bu gün iş xanımı ,“VİP Milan Hospital”ın təsisçi direktoru və yazıçı Xuraman Muradovanın Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi “Əsrin qəhrəmanı olan Komandan” adlı kitabının təqdimatı keçirilib.

“Kitabda xalqımızın yaddaşına əbədi həkk olunmuş bir liderin – Vətən müharibəsində zəfərin memarı olan Cənab Prezident İlham Əliyevin ömür yolu və tarixi xidmətləri əks olunub”.

Qeyd edək ki, bu barədə məlumatı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdiyeva çatdırıb.

O həmçinin qeyd edib ki, bu kitabda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qəhrəmanlığı sayəsində azad olunan torpaqlarımızdan, o torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasından danışılır.

“Bu gün beynəlxalq konfranslarda ölkəmizi təmsil edərkən, qalib bir ölkənin vətəndaşı olaraq duyduğumuz fəxarət hissi sonsuzdur. Yazıçı Xuraman Muradovanı bu dəyərli kitaba görə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

Qeyd edək ki, görkəmli Xalq yazıçısı Çingiz Abdullayevin çıxışı da tədbirə xüsusi bir rəng qatıb.

Aynur Camal

Oxşar xəbərlər

Nurəddin Mehdixanlının 65 illik yubileyinə həsr olunan “Ölülər” tamaşası nümayiş olunub

Şükufə Ramizqızı

‘İşte Benim Stilim’ yarışmasının iştirakçısı, ‘Barbie’ kimi görünmək istəyən Sima Şərafəddinovanın son halı təəccübləndirdi

İntizar Əmirova

“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir 

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu