Baş xəbərHadisəKriminal

Evlərdən 300 kiloqram fındıq oğurlayan şəxslər saxlanıldı

Oğuz rayonunun Sincan kəndində yerləşən 3 evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 300 kiloqrama yaxın fındığın oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən üç dost- Elnur Usubov, Murad və Dilavər Mikayılovlar saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində əməllərini gecə saatlarında həyata keçirdiklərini və oğurladıqları fındıqları Qəbələ rayonuna apararaq orada satdıqların, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Meşə yanğını 300-ə yaxın evi məhv etdi, 1000-ə yaxın insan təxliyə olundu

Aynur Camal

Media Tədris Mərkəzində tələbələr üçün multimedia və aparıcılıq təlimi keçirildi

Aynur Camal

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu