27 C
Baku
13 Sentyabr 2024, 18:26
Dünya

Fələstin lideri Mahmud Abbasdan kritik səfər: O, Rusiya lideri Putinlə görüşüb

Fələstin lideri Mahmud Abbas Türkiyə səfərindən əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib. Sabah prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək Abbas Türkiyə Böyük Millət Məclisində də çıxış edəcək.

İsrailin Qəzzaya hücumları 10 aydan artıqdır davam edərkən, Fələstin lideri Mahmud Abbas Yaxın Şərqdə artan gərginliyi müzakirə etmək üçün kritik səfərlər edəcək.

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək Abbas Rusiya lideri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək. İki lider arasındakı görüşlə bağlı Kremldən də açıqlama verilib. Rusiyanın məşhur mesajlaşma tətbiqi Telegram üzərindən açıqlama verən Kreml, “Qəzza zolağında misli görünməmiş humanitar fəlakət fonunda Fələstin-İsrail münaqişəsinin hazırkı vəziyyəti və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi gözlənilir”.

Mahmud Abbas Moskva səfərindən sonra Türkiyəyə gələcək və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Abbas Türkiyə Böyük Millət Məclisində də çıxış edəcək.

Həm İranın dini lideri Ayətullah Əli Xamenei, həm də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman kimi ərəb liderləri ilə yaxın əlaqələr quran Rusiya Həmas lideri İsmayıl Haniyənin öldürülməsini pisləyib və bütün tərəfləri Yaxın Şərqdə sabitliyi daha da pozmaqdan çəkinməyə çağırıb.

Rusiya dəfələrlə Qərb dövlətlərinə 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılması zərurətinə məhəl qoymadıqları səbəbilə reaksiya verib.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Moldova da Ukrayna taxılından imtina etdi

Aynur Camal

Tramp: “Dünyanın ən böyük problemi qlobal istiləşmə deyil”

Aynur Camal

Cənubi Koreyanın dövlət başçısı “Samsung” şirkətinin vitse-prezidentini əfv edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu