11 C
Baku
7 Dekabr 2024, 21:30
Dünya

Fələstinlilərin çadırları dənizə sürüklənib

İsrailin hücumlarından qaçaraq dəniz kənarına köçmək məcburiyyətində qalan fələstinlilərin qurduqları çadırlar güclü külək və yüksək dalğalar səbəbindən suya sürüklənərək ciddi ziyan görüb.

İsrailin intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında qış aylarının gəlməsi ilə mülki vətəndaşların mübarizəsi daha da çətinləşir.

Bombardmandan xilas olaraq dəniz kənarına köç etmək məcburiyyətində qalan fələstinlilər güclü külək və yüksək dalğalar səbəbindən çətin anlar yaşayırlar.

Qəzza zolağının mərkəzindəki Deyr əl-Belah şəhərindən cənubda Xan Yunus şəhərinə qədər uzanan sahil bölgəsində köçkün fələstinlilərin qurduqları çadırlar bölgəni vuran nəhəng dalğalar tərəfindən sürüklənib.

Çadırı sürüklənən fələstinli Nevin Saleh ölkənin cənubundakı Rəfah şəhərindən zorla köçürüldüyünü ifadə edərək, “Sığınacaq başqa yer tapa bilmədiyimiz üçün burada sahilə yerləşdik. Dünən gecə qəfil yağan yağış və dalğalar səbəbindən batmaq təhlükəsi ilə üzləşdik. Mən və qızlarım çətin şəraitdə yaşayırıq. Yeməyimiz, unumuz yoxdur. Beynəlxalq qurumları bizə kömək etməyə çağırırıq. “Çox ağrıyırıq və bu sərt soyuqda paltarımız yoxdur” deyib.

Fələstin Mülki Müdafiəsi tərəfindən dünən verilən açıqlamada, “Beynəlxalq ictimaiyyəti və BMT-ni Qəzza zolağındakı düşərgələrdəki köçkün fələstinlilərin həyatlarını xilas etmək üçün işləməyə və çox gec olmadan onlara kömək etməyə çağırırıq” ifadələrdən istifadə edilmişdir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Fukusimada tullantı sularının axıdılması ikinci dəfə yoxlanıldı

Aynur Camal

Həyatın yaranmasının səbəbi üzə çıxır

İntizar Əmirova

Təxribatlar davam edir: Bir əsgərimiz şəhid oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu