Dünya

Fələstinə dəstək nümayişləri müdaxilələrə baxmayaraq davam edir

ABŞ-ın bir çox müxtəlif ştatlarında və universitetlərində tələbələrin Fələstinə dəstək məqsədi ilə təşkil etdiyi nümayişlər universitet rəhbərliyi və polisin müdaxilələrinə baxmayaraq davam edir.

Tələbələr universitet şəhərciklərində açıq ərazilərdə toplaşaraq düşərgələr qurarkən, universitet və yerli hakimiyyət orqanları kampusun bağlanması və həbslər kimi hərəkətlərlə cavab verir.

Digər tərəfdən Qəzzaya dəstək nümayişlərinə qatılan universitet və tələbələrin sayı günü-gündən artır.

Vaşinqton Universitetində 80-dən çox adam saxlanılıb

CNN-in məlumatına görə, Sent-Luis, Missuri. Sent-Luisdəki Vaşinqton Universiteti kampusda Fələstinə dəstək üçün davam edən nümayişlərlə bağlı açıqlama verib.

Polisin 80-dən çox adamı saxladığı ifadəsində, kampusda düşərgə salan tələbələrin “yaxşı niyyətlərinin olmadığı və təhlükəli ola biləcəyi” bildirilib.

 Cənubi Kaliforniya Universitetindən kampusun bağlanması qərarı

Cənubi Kaliforniya Universitetinin (USC) sosial media platforması X hesabında edilən yazıda, universitet şəhərciyinin “xaos səbəbiylə” kampusda yaşayanlar istisna olmaqla, hamıya müvəqqəti olaraq bağlandığı açıqlanıb.

Fələstinə dəstək nümayişlərində indiyə qədər təxminən 100 adamın nəzarətə alındığı USC-dən keçən həftə edilən şərhdə, may ayında əsas məzuniyyət mərasiminin keçirilməyəcəyi ifadə edilib.

 Arizona Dövlət Universitetində 72 nəfər saxlanılıb

Arizona Dövlət Universiteti kampusda Fələstinə dəstək üçün davam edən nümayişlər zamanı saxlanılanlarla bağlı açıqlama verib.

Müvafiq olaraq, 15-i tələbə olmaqla 72 nəfər “icazəsiz düşərgə qurduqları” əsası ilə saxlanılıb.

Universitetin tələbələrinin nəşr etdiyi “The Harvard Crimson” qəzetinin xəbərinə görə, Harvard Courtyard-da düşərgə salan tələbələrin Fələstinə dəstək nümayişi davam edir.

Tələbələr həyətdə Fələstin bayrağını qaldırdıqdan sonra polis bayrağın götürülməsini tələb edib.

Universitet əməkdaşları bayrağı endirərkən, nümayişçilər Fələstinə dəstək şüarları səsləndiriblər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yeni idman avtomobilinin xüsusiyyətləri açıqlandı

İntizar Əmirova

Zelenski cəbhədəki vəziyyətlə bağlı gözlənilməz etiraflar etdi

Aynur Camal

Türkiyədə səsvermə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu