11 C
Baku
26 Mart 2025, 19:28
Digər

F. Bayramov: “Yaşam koçları dələduzluqla məşğul olan şəxslərdir”

Son dövrlərdə “yaşam koçu” ifadəsinə tez-tez rast gəlirik. Bəzən insanların əksəriyyəti bunun mahiyyətini anlamır. Gördüyü işlərin nədən ibarət olduğunu dəqiqiliklə bilmirlər. Bir çox hallarda isə yaşam koçu psixoloqla qarışdırılır. Bəs o kimdir? Ümumiyyətlə, yaşam koçluğu nədir?

Bugun.tv-nin araşdırmasına görə, sosial şəbəkələrdə yaşam koçu xidmətlərinin sayı durmadan artır. Əksəriyyət bu xidmətdən istifadə etməkdə maraqlıdır. Amma yaşam koçlarının kimliyi ilə bağlı çoxsaylı suallar da var.
Şüuraltı terapevt Fərdi Bayramovun sözlərinə görə, bu dələduzluğun başqa bir versiyasıdır. “Haradansa 2-3 günlük proqram keçib, özlərini yaşam koçu kimi təqdim edib, insanları aldadırlar. Öz şəxsi həyatlarında problemləri həll etmədən, milləti bütün qayğılarından qurtarıb, onların gözəl bir aqibətə sahib olacaqlarına söz verib, yalan uydururlar”.
F.Bayramov deyir ki, “xeyir görənlər” adı ilə paylaşılan nəticələr isə əslində saxtadır. “”Filankəsdən filan nəticə” adı altında özləri özlərinə instagramda fərqli adlarla yazırlar. İnsanları cəlb etməyə çalışırlar. Bu “karuseli” yaradanlar sözün əsl mənasında müasir dövrün dələduzlarıdır. Çünki yaşam koçluğu düşüncənin idarə edilməsidir. Bunun üçünsə onların 95 faiz bizim həyatımıza hökm edən şüuraltı haqqında anlayışları olmalıdır”.
Tutaq ki, kiminsə müəyyən məqsədləri və ya travmaları var. Ürəyində rahatlıq tapmaq istəyir və koça müraciət edir. Koç da onu dinləyir, anlayır və motivasiya verir, heç bir dərmandan istifadə etmədən, yalnız təbii seanslarla müalicə predmeti seçir. “Bu tamamilə yanlış seçimdi. Mən vətəndaşları onlara inanmamağa, aldanmamağa çağırıram” – deyə terapevt bildirib.
Təbii ki, hər kəs xoşbəxt olmaq, uğura çatmaq istəyir. Bu tip təlimlər isə insanlar arasındakı sosial münasibətlərə zərbə vurur.
Əksəriyyətin özünü sıxıntılar, problemlər içində hiss etdiyi məqamlarda isə yaşam koçluğu kimi cərəyanlar ortaya çıxır. Unutmayaq ki, hər bir insan özü özünün psixoloqu olmalıdır. Çünki hər kəs xoşbəxtliyin yolunu və onu necə tapmalı olduğunu yalnız özü bilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Pınar Altuğun formada qalma sirri: ’16 saat ac qalıram.’

İntizar Əmirova

Avtobus yandı

Bugün TV

Şəhidlər İkinci Fəxri Xiyabanda dəfn edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu