Digər

Fastfud əzələlərin vəziyyətini pisləşdirir – yeni araşdırma

Alimlər fastfud və ultraemal olunmuş qidaların insan orqanizminə, xüsusilə də əzələlərə təsirini araşdırıblar və mənfi nəticələr əldə ediblər.

Araşdırmada Maqnit-rezonans tomoqrafiyası (MRT) üsulundan istifadə edilərək bud nahiyəsində əzələlərin vəziyyəti öyrənilib. Nəticələr göstərib ki, qidalanmada fastfudun payı artdıqca əzələlərdə yağlanma daha da güclənir.

Əzələlərdə yağ yığılması artır

“Radiology” jurnalında dərc olunan tədqiqat ultraemal olunmuş qidalarla zəngin rasionun bud əzələlərində daxili yağ miqdarını artırdığını göstərib. Bu isə hətta kalori miqdarı, fiziki aktivlik və sosial amillər nəzərə alındıqda belə müşahidə olunub.

Alimlər qeyd edir ki, bu vəziyyət diz oynağının osteoartriti riskini yüksəldə bilər.

600-dən çox insan üzərində aparılıb

Tədqiqatda 615 nəfər iştirak edib. Onların orta yaşı 60 olub və əksəriyyət artıq çəkiyə malik olub. İştirakçıların qidalanmasında ultraemal olunmuş məhsulların payı təxminən 41 faiz təşkil edib.

Bu qidalar sırasına hazır səhər yeməkləri, marqarin, paketlənmiş qəlyanaltılar, kolbasa məhsulları, qazlı və enerji içkiləri, şirniyyatlar, dondurulmuş pizzalar və sənaye üsulu ilə hazırlanmış çörəklər daxildir.

Beyinə də təsir edir

Mütəxəssislər bildirir ki, bu məhsulların tərkibində çoxlu şəkər, yağ, duz və kimyəvi əlavələr olur. Onlar beynin mükafat sisteminə təsir edərək bu qidalardan imtinanı çətinləşdirir.

Qidalanma keyfiyyəti önəmlidir

Alimlər vurğulayır ki, yalnız artıq çəki ilə mübarizə kifayət deyil, qidanın keyfiyyəti də mühüm rol oynayır. Ultraemal olunmuş qidaların azaldılması əzələlərin sağlamlığını qorumağa və osteoartrit riskini azaltmağa kömək edə bilər.

Qeyd edək ki, bu, ultraemal olunmuş qidaların əzələ tərkibinə təsirini MRT vasitəsilə qiymətləndirən ilk araşdırma hesab olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu