11 C
Baku
20 Mart 2023, 22:22
Baş xəbər

Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşib

  Bugün.tv Report-a istinadən bildirir ki, ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.

 Bu barədə mərhumun ailəsi Report-a məlumat verib.

 Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

 Qeyd edək ki, F. Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

 Xatırladaq ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək

Aynur Camal

Leyla Əliyeva maraqlı paylaşım edib-FOTOLAR+VIDEO

Nigar Məmmədova

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Aynur Camal

Şərh yazın