Baş xəbər

Fevralın 11-də gözlənilən hava şəraiti

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətidən əldə etdiyi məlumata əsasən, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunundan 773 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti  əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək, gündüz 2-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu