Baş xəbərİdman

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

FIFA 2026-cı il dünya çempionatının finalında İspaniyanın Argentinaya 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra baş vermiş insidentlə bağlı intizam araşdırmasına start verib. Qurum hadisəni araşdırmaq üçün İntizam və Etika üzrə xüsusi müstəntiq təyin edib.

Araşdırma final fitindən sonra Argentina və İspaniya futbolçuları, eləcə də məşqçilər korpusu üzvləri arasında yaşanan qarşıdurmanı əhatə edir. FIFA hakim hesabatlarını və oyunun videogörüntülərini təhlil edərək mümkün intizam tədbirləri barədə qərar verəcək.

Hadisədən sonra Argentina millisinin məşqçilər korpusunun üzvü Roberto Ayala davranışına görə üzr istəyib. O bildirib ki, emosiyalarına hakim ola bilməyib və Dani Olmo ilə yaşanan insidentə görə şəxsən üzr istəməyə hazırdır. Ayala İspaniyanın finalda qələbəyə layiq olduğunu da vurğulayıb.

FIFA araşdırmanın yekunları ilə bağlı qərarın müstəntiqin hesabatı tamamlandıqdan sonra açıqlanacağını bildirib.

Mənbə:  Reuters

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu