16 C
Baku
19 Noyabr 2025, 0:11
Baş xəbər

Fil Dişi Sahilində sirli xəstəlik panikası! 9 nəfər öldü

Bugun.tv xəbər verir ki, Fil Dişi Sahilinin içərilərindəki kəndlərdən birində oxşar simptomlarla 9 nəfərin ölümü ölkədə müəmmalı xəstəlik şayiələrinə səbəb olub.

Ölkə mətbuatında yer alan xəbərə görə, Buake yaxınlığındakı Nyanqban kəndində ürəkbulanma, qusma, ishal və halsızlıq şikayətləri ilə ümumilikdə 71 nəfər xəstəxanaya yerləşdirilib.

İctimaiyyətdə “müəmmalı xəstəlik” kimi qələmə verilən xəstəlikdən dünyasını dəyişənlərin əksəriyyətinin uşaqlar olduğu qeyd edilsə də, ölümlərə tərkibində pestisid olan qarğıdalı unu sıyığının səbəb ola biləcəyi iddia edilib.

Səhiyyə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. İlin əvvəlindən Fil Dişi Sahilində baş verən 5 kütləvi qida zəhərlənməsi hadisəsi nəticəsində 131 nəfər xəstəxanaya yerləşdirilib, 32 nəfər dünyasını dəyişib.

Bir neçə ailənin bir araya gələrək birgə yemək bişirdiyi kənd yerlərində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün istifadə olunan pestisidlər tez-tez kütləvi qida zəhərlənməsinə səbəb olur.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Türkiyə Böyük Millət Məclisi 103-cü ildönümünü qeyd edir

Aynur Camal

Tikinti iskələsi uçdu: 1 fəhlə öldü, 2 işçi yaralandı

Bugün TV

Ay işığı şirin su tısbağalarına necə kömək edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu