Bugun.tv xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Filippində zəlzələ baş verdiyini açıqlayıb. Ölkənin Mayqatasan bölgəsinin şimal-qərbində 5,4, yerin 12,4 kilometr dərinliyində olduğu bildirilib.
Tələfat barədə məlumat verilməyib. Sunami xəbərdarlığı edilməyib.
Ötən gün Filippinin Sarangani sahillərindən 100 kilometr aralıda 6,7 bal gücündə zəlzələ baş verib.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Mənbə trthaber