25 C
Baku
27 İyul 2024, 5:01
Dünya

Fırtına səbəbi ilə 20 nəfər öldü

ABŞ-ın müxtəlif ştatlarında baş verən şiddətli tufanlar azı 20 nəfərin ölümünə, yüzlərlə yaralanmasına və irimiqyaslı dağıntılara səbəb olub. ABŞ-ın Texas, Oklahoma və Arkanzas ştatlarında baş verən şiddətli tufanlar azı 20 nəfərin ölümünə, yüzlərlə yaralanmasına və geniş dağıntılara səbəb olub. Kentukki qubernatoru Endi Beşar sosial media platformasındakı paylaşımında səhər erkən saatlarda bölgə üçün fövqəladə vəziyyət elan edib. Yeni məlumatlar çatdırmağa davam edəcəyini bildirən Beşər, “Hər zaman etdiyimiz kimi bunun da öhdəsindən birlikdə gələcəyik” deyib.

Texas qubernatoru Greg Abbott Valley View şəhərində verdiyi mətbuat şərhində, sürəti saatda təxminən 217 kilometrə çatan fırtına nəticəsində təxminən 100 nəfərin yaralandığını və 200-dən çox strukturun zədələndiyini bildirib. Ölənlər arasında 2 və 5 yaşlı iki uşaq da var. Elektrik enerjisinin kəsilməsini izləyən PowerOutage internet saytının məlumatına görə, Arkanzas və Missuri ştatlarında 170 mindən çox ev şiddətli tufan və hava şəraiti səbəbindən elektriksiz qalıb.

Texas və Oklahoma ştatlarında təxminən 30 min evdə elektrik kəsilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Kolumbiya prezidenti Petro ABŞ, Rusiya və Çinə reaksiya verdi

Kəmalə Sultan

Rusiya Diniproya raket hücumu etdi – ölənlər var

Aynur Camal

Ekvadorda fövqəladə vəziyyət rejimi elan edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu