23 C
Baku
21 İyul 2024, 16:58
Dünya

Fövqəladə vəziyyət elan edildi: Yeni nazirlik yaradılacaq!

Cənubi Koreya aşağı doğum səviyyəsinə görə “demoqrafik milli fövqəladə vəziyyət” elan edib. Bildirilib ki, ölkədə həyata keçirilən tədbirlər çərçivəsində Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacaq.

Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün “demoqrafik milli fövqəladə vəziyyət” elan etdiyini açıqlayıb. Yonhap xəbərinə görə, prezident Yoon paytaxt Seulun cənubundakı Seongnam Ar-Ge Mərkəzində “aşağı doğum nisbəti və qocalmış əhali” mövzusunda keçirilən yığıncaqda çıxış edib.

Hökumətin aşağı doğum nisbəti ilə mübarizə üçün hər cür səy göstərəcəyini ifadə edən Yoon, “Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq” deyib.

Yoon bildirib ki, bu kontekstdə onlar üç əsas sahəyə diqqət yetirəcəklər: “İş və həyatın tarazlaşdırılması, uşaqlara qayğının yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı”. Valideynlərin təhsil yükünü yüngülləşdirmək üçün ibtidai məktəblərdə uşaq baxımına dəstəyin artırılması və məktəbdənkənar proqramların genişləndiriləcəyini vəd edən Yoon qeyd edib ki, tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacaq.

Cənubi Koreya 0,72 ilə 2023-cü ildə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdədir. Cənubi Koreya Statistika İnstitutunun martın 19-da yeni doğulan uşaqların sayı ilə bağlı paylaşdığı məlumatlar göstərir ki, son illərdə ölkədə illik doğum sayında azalma tendensiyası davam edir.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Ermənistan hökumətinin əməkdaşları qəzaya uğrayıb

Aynur Camal

Belarus lideri Rusiyaya rəsmi səfər edib

Nigar Məmmədova

ABŞ İraqda silahlı qruplaşmanın mövqelərinə zərbə endirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu