28 C
Baku
21 İyul 2025, 0:00
Dünya

Fransa Çaddakı hərbi bazasını geri çəkir

Fransa və Çad arasında əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra Paris hökuməti Çaddakı Faya hərbi bazasını boşaldıb. Fransa Baş Qərargahının X hesabında edilən açıqlamaya görə, Çadda olan Fransa əsgərlərinin təxliyyəsi davam edir.

Çadda fransız əsgərlərinin yerləşdiyi Faya hərbi bazası Çad ordusuna qaytarılıb.

Çad hökuməti müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə noyabrın 28-də Fransa ilə imzalanmış müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.

Çad səlahiyyətliləri, ölkədəki 1000 fransız əsgərinin çıxarılması prosesinin yanvarın 31-dək tamamlanmasını tələb etmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

NASA Aya uçuş missiyasını təxirə saldı

İntizar Əmirova

“O, bizi məyus etdi və kədərləndirdi”

Aynur Camal

İnsan hansı yaşa qədər gənc hesab edilməlidir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu