25 C
Baku
27 Sentyabr 2026, 13:22
Digər

Fransa ilə Mali arasında gərginlik: Saxlanılan fransız vətəndaşı diplomatik statusa malikdir

Bugun.tv xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Fransa hökuməti bu məsələ ilə bağlı Mali hakimiyyəti ilə dialoqu davam etdirir və səfirlik əməkdaşının dərhal azad olunmasını tələb edir. Saxlanılan şəxsin kimliyi hələ açıqlanmasa da, Paris onun diplomatik statusunu vurğulayır ki, bu da məsələyə beynəlxalq hüquq baxımından xüsusi həssaslıq gətirir. Bu hadisə Fransa və Mali hakimiyyətləri arasında gərginliyin artdığı bir dövrdə baş verir. Rəsmi Bamako mütəmadi olaraq Fransanı siyasi müdaxilədə ittiham edir. Xatırladaq ki, Mali keçid hökuməti cari il avqustun 1-də respublika institutlarının sabitliyini pozmağa çalışan bir şəbəkənin ifşa edildiyini və bəzi şəxslərin saxlanıldığını açıqlayıb. Bu barədə Mali təhlükəsizlik və mülki müdafiə naziri, eyni zamanda, müdafiə nazirinin vəzifəsini müvəqqəti icra edən general Daud Ali Mohammedi televiziyada çıxış edib.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu