27 C
Baku
27 İyul 2024, 3:44
Baş xəbərDünya

Fransa Nigerdəki səfirliyini bağlamağa hazırlaşır

Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir.

Bugun.tv xəbər verir ki, Associated Press agentliyi bu barədə Fransa diplomatik missiyasının yerli əməkdaşlarına göndərilən məktuba istinadla məlumat yayıb. Məktubun mətnində səfirliyin 2024-cü il aprelin 30-da ləğv ediləcəyi yazılıb. Fransanın diplomatik mənbələri məlumatı təsdiqləyib.

Xatırladaq ki, iyulun 26-da prezident qvardiyası qiyam qaldıraraq Niger Prezidenti Məhəmməd Bazumu həbs edib. Bundan sonra Niamey və Paris arasında münasibətlər gərginləşib. Nigerin yeni hakimiyyəti Fransa səfirini arzuolunmaz şəxs elan edib, həmçinin fransalı hərbçilərin ölkədən çıxması tələb olunub.

Təxminən 26 milyon əhalisi olan Niger dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin inkişaf indeksində 191 ölkə arasında 189-cu yerdə qərarlaşan Nigerin əhalisinin 40 faizdən çoxu yoxsulluq içərisində yaşayır.

Bugün TV

Oxşar xəbərlər

Diqqət! Bu dənizdə zəhərli meduzalar var! – ARAŞDIRMA – FOTO

Teymur Əziz

“Kritik proses”: alimlər planet miqyasında təhlükə barədə xəbərdarlıq edirlər

Şükufə Ramizqızı

Nigeriyada silahlılar iki kənddə 15 nəfəri öldülər

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu