10 C
Baku
12 Dekabr 2024, 22:35
Baş xəbərSəhiyyə

Fransa Səhiyyə işçiləri etiraz aksiyaları keçirir

Xarici Xəbərlər. 

 “Prezident Emmanuel Macron, səhiyyə xidmətində “sonsuz böhran hissi” adlandırdığı şeyi qırmaq üçün xəstəxanaların maliyyələşdirilməsini dəyişdirəcəyini və həkimləri vaxt aparan administrasiyadan azad edəcəyini vəd etmişdi. Lakin bu baş vermədi”- aksiya iştirakçıları bildirib.

Məlumata görə, Fransanın səhiyyə sistemi artan tələblərin təzyiqi altında qalıb. Qeyd edilib ki, Fransada həkim və tibb bacısı sayı  yetərincə olmasına baxmayaraq səhiyyə sistemi hələ də böhran içindədir. Dövlət xəstəxanalarına yetərincə maliyyə ayırmır. Son bir neçə ildə diqqəti cəlb edən bir sıra tədbirlər – məsələn, az xidmət edilən ərazilərdə həkimlər üçün 50,000 avro (44,000 funt sterlinq) qeydiyyatdan keçmək bonusları və Fransada tibb tələbələrinin sayına qoyulan məhdudiyyətin ləğvi kimi addımlar da uğursuz olub.

  Aksiya iştirakçısı Julia deyir ki, O və bir çox sinif yoldaşları peşəni tamamilə tərk etmək və ya xaricdə işləmək barəsində düşünürlər. “Mən gələcək həkim kimi narahatam, amma bir xəstə kimi də narahatam” deyib.

 “Maaşlar əvvəlkindən bir qədər yüksəkdir. Ancaq layiqli maaş üçün gecələr və həftə sonları işləməlisən və bu, uzunmüddətli perspektivdə insanları yorur”- etirazçı Pauline deyib.

  Cənab Makron isə, etirazçılara birgə razılaşdırılmış sağlamlıq məqsədlərinə əsaslanan maliyyələşdirmə modelinə keçmək istəyini bildirib.

“2018-ci ildən bəri həkimimiz yoxdur. Tibbi səhralar” kimi tanınan Fransanın kənd və şəhərətrafı əraziləri, ümumiyyətlə həkimə müraciət etmədən yaşayırlar. Burda işləmək üçün 50.000 avro qeydiyyat bonusları təklif edilib. Lakin heç kim gəlmək istəmədi. Həkimlər bura tək gəlməkdən və məsuliyyət altında qalmaqdan qorxurlar.” – bələdiyyə meri Arnaud Provençer deyib.

Məlumatda qeyd olunub ki, Prezident Makron eyni zamanda söz verib ki, hazırda Fransada həkimsiz yaşayan 600,000 xroniki xəstə  bu ilin sonuna kimi bir və ya müalicə qrupuna daxil ediləcək.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Qabondakı çevrilişin arxasında duran şəxs mətbuata açıqlama verdi

Bugün TV

Pentaqon Şimali Koreyanın Rusiya üçün Ukraynaya əsgər göndərməsi ilə bağlı iddiaları araşdırır

Aynur Camal

Yardımlıda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu