Fransa Səudiyyə Ərəbistanı, Paris yaxınlığında əyləncə parkı, Dragon Ball Z parkı, 7 milyard dollarlıq layihə, Məhəmməd bin Salman, Emmanuel Makron, Qiddiya, Fransa Səudiyyə əməkdaşlığı
Dünya

Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 7 milyard dollarlıq əyləncə parkı yaradacaq

Bugun.tv xəbər verir ki, Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında ümumi dəyəri 6 milyard avro, yəni təxminən 7 milyard dollar olan nəhəng əyləncə kompleksi yaratmaq barədə razılığa gəlib. Razılaşma Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Fransaya səfəri zamanı əldə olunub.

Layihənin Cergy-Pontoise ərazisində, Parisdən təxminən 30 kilometr şimal-qərbdə həyata keçirilməsi planlaşdırılır. Burada üç tematik əyləncə parkının yaradılması nəzərdə tutulur. Onlardan birinin məşhur yapon manqa və anime franşizası “Dragon Ball Z” mövzusunda olacağı bildirilir.

Layihəyə Səudiyyə Ərəbistanının suveren sərvət fondu ilə əlaqəli Qiddiya şirkəti rəhbərlik edəcək. Fransanın Prezidenti Emmanuel Makron layihənin təxminən 22 min yeni iş yeri yaradacağını bildirib. O, təşəbbüsü Paris yaxınlığında yeni beynəlxalq turizm məkanı formalaşdıracaq böyük layihə kimi qiymətləndirib.

Məlumata görə, layihənin ideyası Makron və Məhəmməd bin Salmanın 2024-cü ilin dekabrında Ər-Riyadda keçirdiyi görüş zamanı yaranıb. Tərəflərin yapon manqasına, xüsusilə də “Dragon Ball Z”yə marağı olduğu bildirilib.

Əyləncə parkı layihəsi iki ölkə arasında həmin səfər zamanı imzalanan genişmiqyaslı razılaşmalar paketinin bir hissəsidir. Sazişlər enerji, süni intellekt, aviasiya, nəqliyyat, səhiyyə və müdafiə sahələrini də əhatə edir.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu