14 C
Baku
17 Aprel 2026, 21:09
Digər

Fransada ağcaqanadlar vasitəsilə yayılan virusa yoluxanların sayı artdı

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı ölkənin Regional Səhiyyə Agentliyi təsdiqləyib. Bildirilib ki, agentlik və yerli hakimiyyət orqanları sakinləri ağcaqanadların çoxalmasının qarşısını almağa və bu həşəratlara qarşı mübarizə aparmağa çağırıb. Bildirək ki, çikunqunya virusu hərarət, oynaq və baş ağrıları, dəridə səpkilər və yorğunluq kimi simptomlarla müşayiət edilir. Bəzən bu virusa yoluxan insanların vəziyyəti olduqca pisləşir, nadir hallarda isə virusa tutulma ölümlə nəticələnir. Onu da qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının səhiyyə orqanları Fransa-Avstriya birgə müəssisəsi olan “Valneva” laboratoriyasında hazırlanmış çikunqunya əleyhinə peyvəndin istifadəsini bu il avqustun 25-dən rəsmi olaraq dayandırıb. Bu qərar peyvəndin əlavə təsirlərinin aşkarlanması ilə izah edilir.

Bugün TV

Oxşar xəbərlər

Çin dənizaltı kabelləri kəsə bilən yeni qurğunu sınaqdan keçirib

Aynur Camal

Tramp: Hörmüz boğazı açıldıqdan sonra NATO-dan zəng aldım

Aynur Camal

BMT: Qəzzada gündə orta hesabla 40-dan çox qadın və qız öldürülür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu