Dünya

Fransada başlayan etiraz dalğası Avropanın digər ölkələrinə də yayılır

Bugun.tv-nin “Al Jazeera” telekanalına istinadən məlumatına görə, Fransada sentyabrın ortalarında başlayan etirazlar fonunda Avropanın digər ölkələrində də yaşayış xərclərinin artması, aşağı əməkhaqları, mənzil problemi və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı narazılıqlar güclənib.

Al Jazeera-nın Silahlı Münaqişələrin Yeri və Hadisələri üzrə Məlumat Layihəsinin (ACLED) məlumatları əsasında apardığı təhlilə görə, 15 sentyabr–30 oktyabr tarixlərində Avropanın 31 ölkəsində azı 100 nəfərin iştirak etdiyi 1700-dən çox etiraz və iğtişaş hadisəsi qeydə alınıb.

Ən çox hadisə Fransada baş verib. Bu ölkədə həmin dövrdə 1200-dən çox etiraz və iğtişaş qeydə alınıb. İspaniyada 173, İtaliyada 160, Almaniyada 70, Portuqaliyada isə 33 belə hadisə baş verib.

Fransada etirazlar əvvəlcə məktəblərdə siniflərin həddindən artıq dolu olması, müəllim çatışmazlığı və təhsil müəssisələrinin yararsız vəziyyəti ilə bağlı şagirdlərin aksiyaları ilə başlayıb. Sonradan hərəkata həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatının tərəfdarları da qoşulub. Etirazların əsas tələbləri sırasına yaşayış xərclərinin azaldılması, əməkhaqlarının artırılması və əlçatan mənzillərlə təminat daxildir.

Alberto Alemanno adlı Avropa İttifaqı hüququ və siyasəti üzrə ekspert Al Jazeera-ya açıqlamasında Fransadakı etirazların digər ölkələrə də yayıldığını göstərən əlamətlərin olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 7-də Fransada keçirilən aksiyalarda ölkə üzrə 146 min nəfərin iştirak etdiyi bildirilib. Həmkarlar ittifaqları isə iştirakçıların sayını 250 min nəfər göstərib.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

İraq Hörmüz boğazından neft ixracı üçün ABŞ-la razılıq əldə etdi

Aynur Camal

Tramp süni intellektə nəzarət qaydalarının tətbiqinə açıq olduğunu bildirib

Aynur Camal

Seneqal sahillərində miqrantları daşıyan qayıq batıb: azı 34 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu