Digər

Fransada muzeydən dəyəri 9 milyon 500 min avro olan qiymətli əşyalar oğurlandı

Bugun.tv xəbər verir ki, hadisənin ötən gecə yerli vaxtla saat 03:00-da baş verdiyi ehtimal olunur. Muzeyin təhlükəsizlik siqnalizasiyası işə düşdükdən sonra polis hadisə yerinə gəlib, lakin oğrular bu zaman qaçıblar. İlkin araşdırmalara görə, oğrular binaya kənar pəncərədən daxil olublar və vitrinləri qıraraq dəyərli əşyaları ələ keçiriblər. Oğurlanan əşyaların arasında azı üç nadir Çin farfor nümunəsinin olduğu bildirilir. Hazırda təhlükəsizlik kameralarının görüntüləri araşdırılır və hadisəni törədən şəxslər axtarılırlar. Limoj meriyası və Mədəniyyət Nazirliyi hadisə ilə bağlı kəskin narahatlıqlarını ifadə edib, muzeylərdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilib.

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu