19 C
Baku
28 Oktyabr 2025, 6:18
Digər

Fransada yeni tədris ilində məktəblərin əksəriyyətində kadr çatışmazlığı var

Bugun.tv xəbər verir ki, dövlət təhsil müəssisələri müəllimlərinin əsas həmkarlar ittifaqı olan Snes-FSU tərəfindən aparılan bu sorğunun nəticəsi sentyabrın 4-də “franceinfo” tərəfindən açıqlanıb. Sorğunun göstəricisi ölkənin təhsil naziri Élisabeth Born tərəfindən irəli sürülən rəqəmlərlə ziddiyyət təşkil edir. Nazir 2024–2025-ci tədris ilində cəmi 2 500 müəllimin çatışmadığını bildirmişdi. Lakin Snes-FSU-ya görə real vəziyyət daha ağırdır. Sorğu göstərir ki, məktəblərin əksəriyyətində bir və ya bir neçə müəllim, təhsil üzrə baş məsləhətçi, təhsil psixoloqu, əlilliyi olan şagirdlər üçün müşayiətçi və ya təhsil assistenti çatışmır. Snes-FSU bu vəziyyəti bütün sahələrdə kadr çatışmazlığının acı göstəricisi adlandırır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır, sağ qalanlar isə humanitar fəlakətlə üzləşə bilər

İntizar Əmirova

Məşhur rusiyalı teleaparıcı şizofreniyadan şübhələndi

Aynur Camal

Tramp Kolumbiyaya maliyyə yardımını kəsdi: Petronu “narkotik lideri” elan etdi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu