27 C
Baku
27 İyul 2024, 3:33
Baş xəbərDünyaHadisə

Gəmi körpüyə çırpıldı: 30-a yaxın insan yaralanıb

İtaliyanın Kapri adası ilə Neapol arasında üzən bərə ötən gün Neapol limanının körpüsünə çırpılıb. 

Bugun.tv xəbər verir ki, toqquşma nəticəsində 30-a yaxın insan yaralanıb. O cümlədən 21 nəfər üz-çənə travması ilə xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir. İlkin ehtimallara görə, qəzaya səbəb “Isola di Procida” gəmisinın bağlanması zamanı küləyin əsməsi ola bilər.

Gəmi doka çırpılıb və enməyə hazırlaşan bir çox insan yerə yıxılıb. Hadisə haqqında İtaliyanın “RAI” televiziyası bildirib ki, gəmidə bir neçə yüz sərnişin, o cümlədən bir çox xarici turist olub.

Hadisənin baş verdiyi Neapol limanındakı körpüdə yaralılara qulluq üçün təcili xəstəxana təşkil edilib.

Bugün TV

Oxşar xəbərlər

Parklanmadan daxil olan vəsait hara yığılır?

Bugün TV

NATO tərəfdarlarının dünyası dağılır, onlar hərtərəfli müharibəyə hazırdırlar – Fransa siyasətçisi

Kəmalə Sultan

Rusiyanın xarici işlər naziri Lavrov Şimali Koreya lideri Kim ilə görüşdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu