25 C
Baku
27 İyul 2024, 4:49
Baş xəbərSosial

 Gəncədə dövlət işçilərinə əlilliyi olan qadınlarla davranış qaydaları mövzusunda təlim keçilib  

Bugun.tv xəbər verir ki, Gəncədə “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılan Koordinasiya Şurasının üzvlərinə təlim təşkil olunub.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi təlimdə peşəkar təlimçi, Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxış edib.

Etika akademiyası
Təlimçi Günel İbrahim

Təlimdə əsasən, dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün, əlilliyi olan qadınlar və qızlarla peşəkar etik ünsiyyətlə bağlı təlim keçilib. İştirakçılar birgə yaşamaq mədəniyyəti, etik davranış qaydaları və etikası, öhdəliklərimiz, ictimaiyyətin vəzifəsi mövzularında məlumatlandırılıblar.  Təlim zamanı peşəkar təlimçi Günel İbrahim hökümət təşkilatlarına sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikasiya çətinlikləri olan qadın və qızlarla peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar önə çəkib.

Təlim iştirakçıları
Təlim iştirakçıları

Həmçinin, təlimdə iştirak edən əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılıb.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd, dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibətin dəyişməsi və onlara qarşı  zorakılıq hallarının qarşısının alınmasıdır. Bununla yanaşı, bu şəxslər üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması da layihədə öz əksini tapır

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir. Sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.

 

Aynur Camal

Oxşar xəbərlər

DEAŞ əməliyyatı: 4 həbs

İntizar Əmirova

Ölkədə ətraf mühitin çirkləndirilməsinə qarşı tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu