Abbas Əraqçi ilə ABŞ nümayəndəsi Stiv Uitkoff
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: SEPAH-ın Hörmüzdəki hücumları danışıqlar prosesi ilə bağlı suallar yaradır

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında aparılan danışıqlar və Hörmüz boğazında baş verən son hadisələrlə bağlı sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, ABŞ və İran arasında Nyu-Yorkda keçirilən danışıqlarda, xüsusilə xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ nümayəndəsi Stiv Uitkoff arasında aparılan müzakirələr diqqət mərkəzində olub.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran tərəfi ABŞ-a yeddi bənddən ibarət təklif təqdim edib və atəşkəs tələbi irəli sürüb. O qeyd edib ki, tərəflər arasında bu həftə də danışıqların davam etdirilməsi nəzərdə tutulur və prosesə Prezident Məsud Pezeşkianın müşavirləri də cəlb olunub.

Ekspertin fikrincə, SEPAH-ın müəyyən qanadının da danışıqlara dəstək verdiyi görünür. O, Əhməd Vahidinin prosesə müsbət yanaşdığını bildirib.

Lakin Məhəmməd Əsədullazadə vurğulayıb ki, danışıqlar prosesinin başlaması ərəfəsində son iki gündə SEPAH tərəfindən Hörmüz boğazında tankerlərə və ticarət gəmilərinə hücumların həyata keçirilməsi proseslə bağlı ciddi suallar yaradır.

Onun fikrincə, bu vəziyyət SEPAH daxilində danışıqlara münasibətdə fikir ayrılıqlarının olduğunu göstərir. Ekspert hesab edir ki, SEPAH-ın Səid Cəliliyə yaxın qanadı və sərt mövqedə dayanan qüvvələr ABŞ-la danışıqların başlanmasında maraqlı deyil və Hörmüz boğazındakı aksiyalarla Vaşinqtonla Tehran arasında başlayan diplomatik prosesi pozmağa çalışırlar.

Məhəmməd Əsədullazadə eyni zamanda SEPAH daxilində müəyyən qrupların Pezeşkian administrasiyasının danışıqlarına yaşıl işıq yandırmasının İran siyasi və hərbi elitasında fərqli yanaşmaların mövcudluğunu göstərdiyini bildirib.

Ekspertin sözlərinə görə, bu fikir ayrılıqları İranın onsuz da mürəkkəb olan daxili və xarici vəziyyətini daha da çətinləşdirir.

Məhəmməd Əsədullazadə hesab edir ki, İran tərəfi Hörmüz boğazında tankerlərə və ticarət gəmilərinə qarşı hücumları davam etdirərsə, ABŞ-la hər hansı anlaşmanın əldə olunması daha da çətinləşə bilər.

Onun fikrincə, belə bir vəziyyət Vaşinqtonun noyabrdan sonra İrana qarşı hərbi təzyiqi artırması riskini də gündəmə gətirə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu