Digər

Gənclər Günü Xəzər rayonunda da qeyd olunub

Dünən Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əhmədova, RİH başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Qarabağ” FK-nun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanov, “Qarabağ” FK-nun İdarə Heyətinin üzvü Fevzihan Aras, baş meneceri Asif Əsgərov və rayonun gənc idmançıları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qonaqları salamlayaraq, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün əhəmiyyətini vurğulayaraq ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti barədə ətraflı məlumat verib. Həmçinin qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib. Sonda gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə həmçinin çıxış edən Rauf Əliyev, Jalə Əhmədova, Namiq Əhmədov, Qurban Qurbanov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıblar.

Sonra iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir davam etdirilib.

Tədbirdə iştirak edən rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, idman sahəsində yüksək nailiyyətlər əldə edən gənclər diplomlarla təltif olunublar.

Eyni zamanda, Xəzər İcra Hakimiyyətinin başçısı Elşən Salahov “Gənclər arasında idmanın təbliğinə və idman sahəsində qazandığı uğurlara görə” Azərbaycanın əməkdar məşqçisi Qurban Osman oğlu Qurbanova Təşəkkür elan edib.

 









Nigar Məmmədova

Oxşar xəbərlər

Satışda zərərli diş məcunları var!

Nigar Məmmədova

İyirmidən çox ölkədən beynəlxalq səyahətçinin Zəngilana səfəri başlayıb

Aynur Camal

Bu gün Aşuradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu