27 C
Baku
27 İyul 2024, 10:41
Baş xəbərDigərSosial

Gənclərin karyerada özünüifadə bacarıqları inkişaf etdirilir

Bugun.tv xəbər verir ki, Uşaq və Yeniyetmələrə Dəstək (UYD) ictimai birliyi tərəfindən icra olunan “Karyerada özünüifadə bacarıqları” layihəsi davam edir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan İncəsənət Məktəbi və “Human Development Center”in təşkilatçılığı ilə həyata keçirilir.

Layihədə karyera həyatına hazırlaşan, həmçinin iş həyatına yeni başlayan gənclər, tələbələr və məzunlar iştirak edir.

 UYD ictimai birliyindən bildiriblər ki, layihə gənclərin qeyri-formal təhsil metodları ilə bilik, bacarıq və səriştələrinin artırılmasını təmin edir.

Layihə gəncləri karyera həyatına hazırlamaq, onların özlərini olduğu kimi ifadə etmək üçün bacarıq və səriştələrini artırmaq ideyasını daşıyır.

Təlim mövzuları gənclərin karyerada özünü ifadə etmək bacarıqlarının artırılmasından ibarətdir.

Sözügedən təlimlər Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Pərviz Əfəndizadə, Mikayıl Tağıyev, əməkdar artist Yaqut Paşazadə, şəxsi inkişaf mütəxəssisi Murad Məmmədov, layihə rəhbəri Fərhad Abdulov tərəfindən tədris edilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp: “Dünyanın ən böyük problemi qlobal istiləşmə deyil”

Aynur Camal

Adi gözlə görünəcək ulduz partlayışı baş verəcək

Teymur Əziz

Yakup Doğan Türkiyəyə gətirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu