14 C
Baku
29 Mart 2024, 17:11
Baş xəbər

Gəncədə kişi arvadının gözlərini çıxarıb, özünü öldürdü

Gəncədə arvadını qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səttar Cəlilovun barəsində cinayət işi başlanılıb.

Bu barədə  Gəncə Şəhər Prokurorluğu məlmat yayıb.
Bildirilib ki, noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Nigar Məmmədova

Oxşar xəbərlər

İsveç antiterror qanunvericiliyində düzəlişlər etdi

Aynur Camal

Sergey Aksenov: “Ukrayna pilotsuz təyyarələri infrastruktur obyektlərinə hücum etdi”

Bugün TV

Novxanıda “Makarov” satmaq istəyən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu