25 C
Baku
27 İyul 2024, 4:03
Dünya

General-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü

Bugun.tv xəbər verir ki, ötən gün Qazaxıstan Respublikasının DİN-i polis general-leytenantı Erjan Sadenovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.

Nazir və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Həmin gün Azərbaycan Respublikasının DİN-i səlahiyyətlərini icra edən general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan general-polkovnik V.Eyvazov DİN-i vəzifəsinə təyin olunması münasibətilə polis general-leytenantı Erjan Sadenovu təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Xalqlarımızı sıx dostluq. Qarşılıqlı inam və hörmət tellərinin bağlayır. Dövlətlərimiz arasındakı əlaqələrin hər zaman strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladaraq hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini. Bu kontekstdə Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin. Qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin. Həmçinin yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə. Bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

Erjan Sadenov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, həyata keçirilən islahatlar barədə general-polkovnik V.Eyvazova məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın DİN ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu. Səfərin bu məqsədə xidmət edəcəyini bildirib.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, Polis Akademiyasına, Təhlükəsiz Şəhər Xidmətinə. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.

Bugün TV

Oxşar xəbərlər

Bir gecədə Krım üzərində 38 pilotsuz uçan aparatı məhv edildi

Bugün TV

Tayvanda rəsmilərin görüşü olacaq

Bugün TV

Si Cinpin Putinə Ukraynadakı nüvə hücumu ilə bağlı xəbərdarlıq edib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu