Dünya

Giorgia Meloni siqareti tərgitdiyini açıqlayıb

Bugun.tv xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni siqareti tərgitdiyini açıqlayıb.

Məlumata görə, Fransanın ev sahibliyi etdiyi beynəlxalq liderlər görüşü zamanı Avropa Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Yaponiya Baş naziri Sanae Takaiçi ilə söhbət edən Meloni artıq siqaret çəkmədiyini bildirib.

Söhbət zamanı Almaniya Kansleri Fridrix Mertsin siqaretlə bağlı zarafatına cavab verən Meloni, siqareti ötən ay tərgitdiyini deyib. Bu açıqlama iştirakçılar tərəfindən alqışlanıb, Ursula fon der Lyayen və Antonio Kosta onu təbrik ediblər.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Misirdə keçirilən Qəzza sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyil, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Meloni ilə görüşü zamanı ona siqareti tərgitməyi tövsiyə etmişdi. Həmin vaxt Fransa Prezidenti Emmanuel Makron da zarafatla bunun mümkün olmadığını söyləmişdi.

Meloni daha əvvəl verdiyi müsahibələrdə siqareti tərgitməyin onun üçün çox çətin olduğunu bildirmişdi. Buna baxmayaraq, İtaliya Baş naziri siqaret vərdişindən imtina etməyə nail olub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Neft tankerləri Hörmüz boğazına yönəlməyə başladı

Aynur Camal

Su-24M bombardman təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu

Aynur Camal

İyun ayında səmada nadir astronomik hadisələr müşahidə olunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu