İtalyan tədqiqatçıların Qahirədə Giza Piramidalarının altında piramidalardan 10 qat daha böyük olduğu iddia edilən böyük bir yeraltı quruluş aşkar etdikləri açıqlanıb.
İtaliyalı tədqiqatçılar Misirin paytaxtı Qahirədə Giza Piramidalarının altında piramidalardan 10 dəfə böyük olduğu iddia edilən nəhəng yeraltı tikili aşkar etdiklərini açıqlayıblar. Piza Universitetindən Corrado Malanga, Strathclyde Universitetindən Misirşünas Armando Mei və radar mütəxəssisi Filippo Biondi tərəfindən aparılan araşdırmada piramidaların 640 metr altında səkkiz şaquli silindrik struktur və 1220 metr dərinlikdə naməlum formasiyalar aşkar edilib. Bildirilir ki, kəşf okeanın dibinin xəritəsini çıxarmaq üçün istifadə edilən sonar radara bənzər texnologiya ilə əldə edilən yüksək ayırdetmə təsvirlərinə əsaslanır. İtaliyada keçirilən bir yığıncaqda məlumatları paylaşan araşdırmanın sözçüsü Nikol Ciccolo, araşdırmanın arxeoloji kəşflərin sərhədlərini yenidən müəyyənləşdirdiyini söyləyib. Lakin bəzi ekspertlər bu iddiaya ehtiyatla yanaşırlar.
Denver Universitetinin radar mütəxəssisi professor Lawrence Conyers, mövcud texnologiyanın yerin bu qədər dərinliyinə nüfuz etməyə qadir olmadığını və yeraltı şəhər ideyasının çox iddialı olduğunu söyləyib. Conyers, tapıntının yoxlanılması üçün məqsədyönlü qazıntıların aparılmalı olduğunu vurğulayaraq, əldə edilən məlumatların müstəqil təhlilə açılmasının lazım olduğunu bildirib.
Mənbə: Ahaber