göbələklər, göbələklərin elektrik siqnalları, musiqi, elm və incəsənət, Devon, İngiltərə, Living Labyrinths, The Guardian
Dünya

Göbələklərin elektrik siqnalları musiqiyə çevrildi

Bugun.tv xəbər verir ki, İngiltərənin Devon bölgəsində keçiriləcək sərgidə göbələklərin yaydığı elektrik siqnallarından istifadə edilərək hazırlanmış musiqi əsəri təqdim olunacaq.

The Guardian-ın məlumatına görə, əsər musiqiçi, bəstəkar və DJ Ceyson Sinq tərəfindən hazırlanıb. O, Devon ərazisindəki Fingle və Yarner meşələrində saatlarla çalışaraq göbələklərin torpaq altında yerləşən mitselilərindən gələn elektrik siqnallarını xüsusi sensorlarla ölçüb.

Daha sonra həmin elektrik dəyişiklikləri səsə çevrilərək musiqi kompozisiyası hazırlanıb. Sinqin fikrincə, bu üsul canlı orqanizmlərin yaratdığı siqnalları insanın eşidə biləcəyi formaya gətirməyə imkan verir.

“The Intelligence Below” adlı bu səs instalyasiyası Ekseterdəki Kral Albert Memorial Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdiriləcək. Sərgi “Living Labyrinths” adlanır və göbələklərin elmi xüsusiyyətləri ilə yanaşı, onların mədəni və incəsənət dünyasındakı yerini də təqdim etməyi qarşıya məqsəd qoyur.

Sərgidə bundan başqa, rəssamların göbələklərlə bağlı müxtəlif əsərləri, eləcə də məşhur yazıçı Beatriks Potterin göbələklərə dair akvarel işləri nümayiş olunacaq. Sərgi 3 oktyabrda açılacaq və 21 fevrala qədər davam edəcək.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu